11.05.2022

Yeddi şagird qalib oldu

 

Respublika fənn olimpiadalarının final mərhələsinin cavabları məlum olub.  Belə ki, Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib.

Aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medal qazanıblar.

 

İsmayıllı rayon ümumi təhsil müəssisələrindən yeddi nəfər şagird Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının final mərhələsində qalib olublar:

Lahıc qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Səfərli Əbülfəz coğrafiya fənni üzrə Qızıl medal;

Lahıc qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Abbasova Zeynəb Azərbaycan dili və ədəbiyyat fənni üzrə Qızıl medal;

Diyallı kənd tam orta məktəbinin XI sinif şagirdi Qəniyev Elşən Azərbaycan dili və ədəbiyyat fənni üzrə Gümüş medal;

İsmayıllı şəhər A. Aslanov adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Muradlı Ziya tarix fənni üzrə Gümüş medal;

Cülyan kənd tam orta məktəbin XI sinif şagirdi Qədirova Lalə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Gümüş medal;

E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Namazova Lamiyə Coğrafiya fənni üzrə Bürünc medal;

Q.Məmmədov adına Ruşan kənd tam orta məktəbinin IX sinif sagirdi Xasiyev Rəvan tarix fənni üzrə Bürünc medala layiq görülüb.

Fənn olimpiadalarında qalib olmuş şagirdlərimizi təbrik edir, yeni təhsil uğurları arzulayırıq.

 


Açar sözlər: ,  ,