07.04.2022

Gənc müəllimlərlə görüş keçirilib

İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri rayonun  ümumi təhsil müəssisələrində işləyən bir qrup gənc müəllimlə görüşüb.

Görüş şəhər 6 nömrəli tam orta məktəbin şəhid General mayor Polad Həşimov adına  akt zalında baş tutub.

Çıxış edən Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev dövlət-gənclər siyasətindən bəhs edib, aparılan gənclər siyasətinin əhəmiyyətini vurğulayıb. Gənc müəllimlərlə müxtəlif sahələrdə işlərin aparılmasının əhəmiyyətini qeyd edib. Müxtəlif layihə və müsabiqələrdə müəllimlərin iştirak etmələrini tövsiyyə edib.

Metodik Kabinetin direktoru Şahin Gənciyev çıxış edərək fəaliyyət göstərən Gənc müəllimlər şurasının tərkibinin yenilənməsini, fəaliyyət sahəsinin və üzvlərinin sayının artırılmasını təklif edib. Gənc müəllimlərlə metodiki dəstəyin davam etdirildiyini bildirib.

Çıxış edən gənc müəllimlər öz təkilf və rəylərini bildiriblər, göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.


Açar sözlər: ,  ,  ,