31.03.2022

Dəyirmi masa keçirilib

İsmayıllı rayon Təhsil Şöbəsi və İsmayıllı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa təşkil edilib.

Tədbirdə Təhsil Şöbəsinin və Gİİ-nin əməkdaşları, şəhər məktəblərinin şagirdləri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə soyqırıma həsr edilimiş sərgiyə baxış keçirib,soyqırım qurbanlarının  xatirəsini bir dəqiqəlik sükutla yad ediliblər.

Topçu kənd tam orta məktəbinin tarix müəllimi Rəşadət Abdulov 31 mart soyqırımı haqqında şagirdlərə ətraflı məlumat verib.

Digər çıxışçılar həmçinin xalıqımızın başına gətirilən faciələrdən bəhs edib, soyqırımların unudulmamasını vurğulayıblar.


Açar sözlər: ,  ,