17.02.2022

Yarımfinala vəsiqə qazanmış şagirdlərə görüş keçirilib

Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanmış şagirdlər və onların müəllimləri ilə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin akt zalında görüş keçirilib.

Görüşdə Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, metodik kabinetin direktoru Şahin Gənciyev, fənn müəllimləri və olimpiadanın rayon mərhələsinin qalibləri iştirak edib.

Təhsil Şöbəsinin müdiri olimpiada hazırlıqları ilə bağlı aparılan işlərlə maraqlanıb, şagirdləri düşündürən sualları cavablandırıb, növbəti turla bağlı tapşırıqlar verib.

Metodik Kabinetin direktoru Şahin Gənciyev rayon məktəblilərinin Beynəlxalq və Respublika olimpiadalarındakı uğurlarını xatırladaraq, bu il də yüksək nəticələrin əldə olunacağına əminliyini bildirib.

Fənn müəllimləri hər zaman olduğu kimi bu mərhələdə də öz köməklərini şagirdlərdən əsirgəməyəcəklərinə, şagirdlər isə bütün səy və bacarıqlarını səfərbər edərək yüksək nailiyyətlər əldə edəcəklərinə söz veriblər.