Yanvarın 22-də Respublika fənn olimpadalarının rayon mərhələsinə start verilib.
İsmayıllı rayon ümumi təhsil müəssisələrindən 569 şagirdin qatıldığı fənn olimpiadaları 9,10,11-ci siniflər və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrədir.
Rayon mərhələsinin nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.
Fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir