09.05.2021

İsmayıllı məktəbliləri inşa müsabiqəsinin qalibi olublar

2021-ci il "Nizami Gəncəvi ili" çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı məktəblilər arasında "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa və rəsm müsabiqəsi keçirib.

Müsabiqələrin keçirilməsində əsas məqsəd məktəbliləri Nizami Gəncəvi yaradıcılığında israfçılığın tənqidi, pulun dəyəri, qənaət və yığım vərdişlərinə dair fikirlərlə tanış etmək və onların maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını artırmaqdır.

Müsabiqələrə ölkə üzrə 7 - 14 yaş qrupundan olan 800 nəfərə qədər məktəbli qatılıb.

Rayonumuzun ümumtəhsil məktəblərindən İnşa müsabiqəsinə qoşulan şagirdlərimizdən şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Sevinc Gənciyeva və şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuran Nuri müsabiqənin qalibi olub, II dərəcəli diploma layiq görülüblər.


Açar sözlər: