08.05.2021

"Sən elə bir zirvəsən" adlı yeniyetmələr və gənclər arasında keçirilmiş onlayn mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş "Sən elə bir zirvəsən" adlı yeniyetmələr və gənclər arasında keçirilmiş onlayn mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

8 may 2021-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin mükafatlandırma mərasimi ulu öndərin adını daşıyan məkanda- İsmayıllı rayonu Heydər Əliyev Məkəzində, pandemiya şərtləri çərçivəsində keçirilib.

Öncə tədbir iştirakçıları xalqımızın xilaskarı, Ümummili lider Heydər Əliyevin şərəfli həyat yolunu əks etdirən sərgiyə tamaşa ediblər. Sonra Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon komitəsinin sədri Hafiz Kərimov çıxış edərək doğma Azərbaycanımızın memarı Heydər Əliyevin şah əsəri olan müstəqil dövlətimizin bu gün etibarlı əllərdə olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gün-gündən qüdrətləndiyini, dünya arenasındakı nüfuzlu mövqeyini vurğulayıblar.

Onlayn platformada keçirilən mahnı müsabiqəsinin iştirakçıları üç nəfər üzvdən ibarət komissiya tərəfindən üç nominasiya üzrə qiymətləndirilib. Belə ki, xalq mahnıları (muğam, təsnif) nominasiyası üzrə birinci yerə Məhərrəmli Fərid Elşən oğlu, ikinci yerə Məhərrəmli Aydın Elşən oğlu və üçüncü yerə Piriyeva Könül Seymur qızı, solo ifa nominasiyası üzrə Abdullalı Cavanşir Vüqar oğlu, ikinci yerə Vahabov Rəhman Hikmət oğlu və Vəliyev Seymur Teymur oğlu, üçüncü yerə Salahov Təbriz Seymur oğlu, bəstəkar mahnıları nominasiyası üzrə birinci yerə Həsənov Etibar Etiram oğlu, ikinci yerə Səmədov Vüsal Şahid oğlu, üçüncü yerə isə Süleymanova Nərmin Əlişir qızı layiq görülüblər. Qalib gəlmiş iştirakçılar İsmayıllı Regional Mədəniyyət İdarəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkilib.

 


Açar sözlər: