07.05.2021

Növbəti onlayn Şura iclası keçirilib

 

Şurada Təhsil Şöbəsinin əməkdaşları və məktəb rəhbərləri iştirak edib. İclası giriş sözü ilə Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev açıb.

May ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün əlamətdar gün kimi qeyd ediləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Ümumilli liderin keçdiyi şərəfli ömür yolundan, dövlət quruculuğunda azərbaycançılıq ideologiyasında, milli təhsilimizin formalaşmasında göstərdiyi misilsiz xidmətlərindən danışıb.

Rövşən müəllim təməli ulu öndərimiz H.Əliyev tərəfindən qoyulan siyasəti bu gün ali baş komandan İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov iştirakçılara II dünya müharibəsində xalqımızın həm ön, həm arxa cəbhədəki qəhrəmanlığından danışıb və 9 may Qələbə Günü münasibətilə onları təbrik edib.

Sonra iclas iştirakçıları təhsilin prioritetləri ilə bağlı məsələləri müzakirə ediblər.

Metodkabinetin müdiri Şahin Gənciyev olimpiada işinin təşkili və buraxılış imtahanlarının nəticələri haqqında geniş məlumat verib.

Daha sonra Rövşən müəllim gənc müəllimlərlə işin təşkili vəziyyətini açıqlayıb və onlara dövlət qayğısını xüsusi vurğulayıb.

Sonda yeni qərarlar qəbul edilib.

 


Açar sözlər: