08.05.2021

Lütfizadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib

İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfizadənin anadan olmasının 100 illiyi münasibəti ilə ümumi təhsil məktəblərinin V sinif şagirdləri arasında məntiq olimpiadasının rayon mərhələsi təşkil edilib. Olimpiadada  205 nəfər şagird iştirak edib.

Rayon mərhələsini uğurla keçən şagirdlər Respublika mərhələsinə vəsiqə qazanacaq. Olimpiadanın keçirilməsində məqsəd Lütfizadə irsinin öyrənilməsi və təbliğ edilməsidir.

Olimpiada pandemiya qaydalarına uyğun olaraq təşkil edilib.

Nəticələr yaxın günlərdə elan ediləcək.