17.04.2021

“İlin peşəkar gənci” müsabiqəsinin qalibi mükafatlandırıldı

ATİAHİ Respublika Komitəsinin 2020-ci ildə keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsində fəal iştirak edib qalib olduğuna görə İsmayıllı rayon Vəng kənd tam orta məktəbinin müəllimi Qurbanova Gülnarə Mütalib qızı ATİAHİ Respublika Komitəsinin Fəxri fərmanı və qol saatı ilə mükafatlandırıldı.

Diplom və hədiyyəni Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev və ATİAHİ rayon Komitəsinin sədri Hafiz Kərimov təqdim etdilər.

Gənc müəllimi qazandığı uğur münasibəti ilə təbrik edərək gələcəkdə daha böyük uğurlara imza atmasını arzulayan Təhsil Şöbəsinin müdiri keçirilən müsabiqəyə görə ATİAHİ Respublika Komitəsinə təşəkkürün bildirdi.

ATİAHİ rayon Komitəsinin sədri həmçinin qalib gəlmiş müəllimi təbrik edərək rəhbərliyin təbriklərini çatdırdı.


Açar sözlər: ,  ,