16.04.2021

Buraxılış imtahanları keçirildi

Dövlət İmtahan Mərkəzi bir sıra rayonlarda, həmçinin İsmayıllı rayonunda ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı təşkil edərək keçirdi.

İmtahan karantin qaydalarına uyğun olaraq üç məktəbdə şəhər 1,3 və 5 nömrəli məktəblərdə təşkil edildi. İmtahandan öncə binalar dezinfeksiya edilib, sosila məsafənin gözlənilməsi üçün binaların qarşısında dayanma xətləri çəkilib, imtahan zalları və koridorlar spirt və digər vasitələrlə təmin edilib.

İsmayıllı rayon ümumtəhsil məktəblərindən imtahanda 714 nəfər şagird iştirak edib. İmtahan qaydasını pozduğuna görə xaric edilən olmayıb.

İmtahan nəticələri yaxın günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən elan ediləcək.


Açar sözlər: