10.04.2021

İnkluziv təhsillə bağlı onlayn tədbir keçirilib

İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə "İnkluziv təhsil və müəllimlərin xüsusi təhsil bacarıqlarının artırılması -reallıqlar, perespektivlər " mövzusunda İsmayıllı rayon təhsil işçiləri ilə onlayn seminar keçirilib.

Seminarda rayon Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) sədri Ruslan Kamilov, "Regional İnkişaf” İctimai Birliyinin  inklüziv təhsil üzrə mütəxəssisi Fərid Süleymanov,  Şamaxı rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Şamaxı filialının Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova, Cəlilabad rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Cəlilabad filialınin baş müəllimi Dürdanə Əliyeva, Şəki rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Şəki filialının baş müəllimi Nəsrullayeva Nərminə, Ağcəbədi üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Ağcəbədi filialinin baş müəllimi Anar Kərimli, Quba rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Quba filialının dekan müavini Nübar Bayramova iştirak ediblər.

Onlayn seminarın keçirilməsinin əsas məqsədi müəllimlərin xüsusi təhsil bacarıqlarının artırılması, inklüziv təhsilin əhəmiyyəti, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının vacibliyini təhsil işçilərinin diqqətinə çatdırmaq olmuşdur.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Açar sözlər: