10.04.2021

Psixoloqar onlayn təlimdə iştirak ediblər

İsmayıllı rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan psixoloqlar “KarneqiKlub” treninq mərkəzinin təşkil etdiyi onlayn təlimlərində iştirak ediblər.

“Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində psixoloqların qoşulduqları təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılmasına nail olmaq, şagirdlərin fərdi xüsusiyyətlərini inkişaf etdirmək, uşaqların psixi cəhətdən sağlamlığını təmin etmək və məktəblilərin fərdi inkişafına təkan verməkdən ibarətdir.

Məktəb psixoloqlarının özlərini inkişaf etdirmələri üçün bu cür təlimlərə qoşulmalarının önəmini qeyd edən Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, təlimlərə qoşulmuş psixoloqların sertifikatlarını təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.