10.04.2021

"Media savadlılığı" müsabiqəsində iştirak edən bir qrup şagird sertifikata layiq görülüb

    Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin təşkil etdiyi "eTwinning Plus" layihəsi çərçivəsində "Media savadlılığı" müsabiqəsində iştirak edən bir qrup şagird sertifikata layiq görülüb.

    Təhsil Şöbəsinin rəhbərliyi sertifikatları və qiymətli hədiyyələri şagirdlərə təqdim edib.

    Tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev bu cür layihələrin əhəmiyyətini qeyd edib, şagirdlərin iştirakının vacibliyini vurğulayıb. Bu istiqamətdə görüləcək işlər barədə məlumat verib. Layihənin iştirakçısı olan şagirdlər Təhsil Nazirliyinə və Təhsil Şöbəsinə müsabiqə və layihələrə görə təşəkkürünü bildirib, daha fəal olaraq iştirak edəcəklərini qeyd ediblər

    Sonda xatirə şəkili çəkdirilib.