05.04.2021

"Qarabağ Azərbaycandır" mövzusunda hazırlanmış "Ən yaxşı nominasiya" müsabiqəsinin qalibləri məlum olub

    İsmayıllı rayon məktəblərinin V-VIII sinif şagirdləri arasında ALPLogo proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə "Qarabağ Azərbaycandır" mövzusunda hazırlanmış "Ən yaxşı nominasiya" müsabiqəsinin nəticələri açıqlanıb.

    Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərin üzə çıxarılması, informatika fənninə olan marağın artırılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır.

    Xatırladaq ki, müsabiqənin təşkilatçıları İsmayıllı rayon Təhsil Şöbəsi və E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin riyaziyyat-informatika müəllimi Aynurə Kərimovadır


Açar sözlər: