06.04.2021

Növbəti onlayn Pedaqoji Şura iclası keçirilib

    İclasda rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, şöbənin əməkdaşları, ümumtəhsil məktəblərinin və məktəbdənkənar müəssisələrin rəhbərləri iştirak edib.

    Rövşən Əliyev çıxışında prezident cənab İlham Əliyevin təhsilə böyük diqqət və qayğısını xüsusi qeyd edib. Həmçinin, rayon məktəblərini müxtəlif müsabiqə və layihələrdə uğur əldə etdikləri üçün təbrik edib, onlara uğurlar arzulayıb.

    Yaşı 18-dən yuxarı olan və ümumtəhsil məktəblərində işləyən təhsil işçilərinin təhsil üçün vaksinasiya edilməsi iclasın əsas məsələsi olub. Bununla bağlı tapşırıq və tövsiyələr verilib, bütün təhsil işçilərinin vaksinasiyada aktiv iştirak etmələri tövsiyyə olunub.

İclasda həmçinin aprelin 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirələcək tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının təşkil edilməsi ilə bağlı müzakirə aparılıb, imtahan binalarında hazırlıq işlərinin sürətləndirilməsi qeyd edilib.