31.03.2021

Soyqırımla bağlı onlayn tədbir keçirilib

    İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən 31 mart  Azərbaycanlıların Soyqırımı günü ilə bağlı onlayn tədbir keçirilib.

    Tədbirdə Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Gülnarə Mirzəliyeva, Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və gənc müəllimlər iştirak edib.

    Əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyeva, TİAHİ İsmayıllı komitəsinin sədri Hafiz Kərimov, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülşən Mehdiyeva çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb. Çıxış edən digər natiqlər erməni vandallarının xalqımıza qarşı törətdikləri soyqırımdan bəhs edib, ümumtəhsil məktəblərində silsilə tədbirlər təşkil edərək bu və digər faciələr haqqında məlumat verdiklərini bildiriblər.


Açar sözlər: