29.03.2021

Respublika festival - müsabiqənin qalibləri məlum olub

17 fevral - 17 mart 2021-ci il tarixlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagird və dərnək üzvləri arasında Bahar bayramına həsr olunmuş “Bir sevinək, bir gülək” adlı onlayn Respublika Uşaq Yaradıcılıq Müsabiqə-Festivalı keçirilib. Müsabiqə-Festival Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.

 

Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına şərait yaratmaq, Novruz adət-ənənələrini, milli mənəvi dəyərlərimizi təbliğ etməkdən ibarətd

Respublika festival-müsabiqəsinə İsmayıllı rayon ümumtəhsil məktəblərindən şagirdlər də qatılıblar və fərqlənərək müxtəlif nominasiyalar üzrə qalib olublar:

 

1.Əhmədli Dəniz Ruslan qızı - I yer (UGİM, "Bədii qiraət" nominasiyası üzrə, Xalıqova Kifayət)

2.Həbibi Fidan Aqil qızı - III yer (UGİM, "Bədii qiraət" nominasiyası üzrə, Cəbiyeva Mehriban)

3.Nəcəfli Ayşən Mehdi qızı - III yer (UGİM, "Bədii qiraət" nominasiyası üzrə, Xalıqova Kifayət)

4.İsmayıllı Nurlanə Elçin qızı - həvəsləndirici yer (UGİM, "Bədii qiraət" nominasiyası üzrə, İsmayıllı Aytən)

5.Rüstəmov Nihad Elşən oğlu - həvəsləndirici yer (UGİM, "Bədii qiraət" nominasiyası üzrə, Şabanova Sevinc )

6.Əhmədli Aydan Ruslan qızı - həvəsləndirici yer (UGİM, "Bədii qiraət" nominasiyası üzrə, Xalıqova Kifayət)

7. Mənsiyeva Aytən - II yer (UGİM, "Dekorativ təsviri sənət" nominasiyası üzrə, Həsənova Günel)

8.Əşrəfova Aysel - II yer, "Dekorativ təsviri sənət" nominasiyası üzrə (UGİM, Həsənova Günel)

9. Piriyev Mətin Teymur oğlu - I yer, "Vokal" nominasiyası üzrə (UGİM, Xalıqov Asif)

10.Salmanova Nuray Rauf qızı- həvəsləndirici yer, "Bədii qiraət" nominasiyası üzrə (Talıstan kənd tam orta məktəbi)

11. Salahlı Təbriz Seymur oğlu- həvəsləndirici yer, "Vokal" nominasiyası üzrə (Qoşakənd kənd tam orta məktəbi)

12. Hidayətov Ramil Elşən oğlu - həvəsləndirici yer "Bədii qiraət" nominasiyası üzrə(Qoşakənd kənd tam orta məktəbi).


Açar sözlər: ,