26.02.2021

Bakı məktəbi ilə birgə anım tədbiri keçirilib

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Bakı şəhər 12 nömrəli tam orta məktəbi ilə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin birgə onlayn anım tədbiri keçirilib.

Tədbirdə hər iki məktəbin direktoru, direktor müavinləri, müəllim və şagird heyəti iştirak edib.

Tədbir zamanı şagirdlər Xocalı soyqırımı haqqında məlumat verib, şeirlər səsləndiriblər.

Sonda hər iki məktəbin direktoru çıxış edib, şagirdlərə təşəkkür edərək belə qarşılıqlı, birgə tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

 


Açar sözlər: ,  ,