25.02.2021

Növbəti onlayn Şura iclası keçirilib

    

İsmayıllı rayon Təhsil Şöbəsinin növbəti onlayn Şura iclası keçirilib.

İclas Xocalı faciəsinin 29-cu ildönümü və ümumtəhsil məktəblərinin prioritetlərinə həsr edilib.

İclasda Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəbləri rəhbərləri və Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib.

Öncə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev və RİH nümayəndəsi Gülnarə Mirzəliyeva bu faciənin günahkarlarının layiqli cavabını verən rəşadətli Ordumuz və Ali Baş Komandana Böyük Qələbəni xalqımıza yaşatdıqları üçün minnətdarlıq ediblər.

İclasın gündəlikdə duran digər məsələləri müzakirə edilib.

Sonda yeni qərarlar qəbul edilib.

 


Açar sözlər: