20.02.2021

Olimpiadanın rayon turunun qalibləri ilə görüş keçirilib

    İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev Respublika Fənn Olimpiadasının rayon mərhələsində qalib gələn məktəblilərlə görüşüb. Görüş pandemiya şərtlərinə uyğun şəkildə təşkil edilib.

    Təhsil Şöbəsinin rəhbəri toplantıya Ulu Öndərin sözlərilə başlayıb: "Bilmək üçün oxumaq, bacarmaq üçün oxumaq, yaşatmaq üçün oxumaq, qəlbinizə, ruhunuza yaxın olan nə varsa, onlar uğrunda mübarizə aparmaq naminə oxumaq lazımdır". RFO-nun rayon turunda qalib gələn şagirdləri uğurlu nəticələr qazanmaqları münasibətilə təbrik edən Rövşən müəllim, onların növbəti mərhələlərdə də yüksək nailiyyətlər əldə edəcəklərinə əminliyini bildirib.

    Qeyd edək ki, elmi və xüsusi istedadı ilə seçilən 105 nəfər məktəblimiz RFO-nun yarımfinal mərhələsinə vəsiqə qazanıb.

    Sonra RTŞ müdiri olimpiadalara hazırlıqların təşkili ilə bağlı məktəb rəhbərlərinə xüsusi tapşırıqlar verib.

    Sonda Rövşən müəllim məktəbliləri qazandıqları uğurlu nəticələrə görə bir daha təbrik edərək onlara yaradılmış bu şəraiti dəyərləndirməyi və buna əməli cavab olaraq gələcəkdə də əzmlə çalışmağı tövsiyə edib.

    Olimpiada qalibləri ilə xatirə şəkilləri çəkilib.