19.02.2021

Gənc  müəllimlərlə onlayn görüş keçirilib

    İsmayıllı rayon Təhsil Şöbəsi rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlərlə Teams platforması üzərindən onlayn görüş keçirib.

Görüşdə Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Rövşən Əliyev, Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin 200-ə yaxın gənc müəllimi iştirak edib.

    İclasda gənc müəllimlərin problemləri ,eyni zamanda təklifləri dinlənilib.

    Gəndov kənd ümumi orta məktəbin fiziki tərbiyə müəllimi Səbinə Şamilova idman zalının olmaması, Aşağı Zərnəva kənd ümumi orta məktəbin müəllimi Təranə Əliyeva və Yeniyol kənd tam orta məktəbin müəllimi Nigar Abdullayeva əyani vəsaitlərin çatışmazlığı, Ruşan kənd tam orta məktəbin müəllimi Sevda Safuxanova və Müdri kənd tam orta məktəbin müəllimi Aylin Ağaməmmədli fizika və biologiya fənni ilə bağlı təchizatın az olması dərslərin daha yüksək səviyyədə tədris olunmasına maneçilik törətdiyini bildiriblər.

    Şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Ülvi Şamilov Qrant müsabiqə qaliblərinin gənc müəllimlərlə vebinarının təşkil edilməsi təklifini irəli sürüb.

    İclas iştirakçıları belə görüşlərin keçirilməsinin gənclərin gələcək inkişafında böyük rol oynadığını vurğulayaraq, Təhsil Şöbəsinə öz təşəkkürlərini bildiriblər.

    Təhsil Şöbəsinin müdiri Rövşən müəllim çıxış edərək müəlimlərin təklif və problemləri ilə yaxından tanış olub, onların həlli istiqamətində bütün mövcud imkanlardan istifadə edərək öz köməyini göstərəcəyini bildirib.


Açar sözlər: ,  ,