15.02.2021

Bir qrup müəllim təltif edilib  

    Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev fəaliyyətində seçilən bir qrup məktəb rəhbəri və müəllimlərlə görüşüb. Görüş pandemiya qaydalarına uyğun şəkildə təşkil edilib.

Görüşdə RTŞ rəhbəri təhsil işçilərinin fədakar əməyini, qazanılan nailiyyətlərdə onların əvəzsiz rolunu vurğulayıb. O bildirib ki, aparılan məqsədyönlü işlər gələcəkdə də öz müsbət nəticələrini verəcək.

    Sonra Rövşən Əliyev və AHİ İsmayıllı komitəsinin sədri Hafiz Kərimov təhsil işçilərinə Fəxri Fərman və qiymətli hədiyyələri təqdim ediblər.

    Təhsil işçiləri təhsilə və təhsilverənlərə göstərilən dövlət qayğısının onların gələcək fəaliyyəti üçün stimul olduğunu bildiriblər.

    Sonda rayonun təhsil işçilərinin xatirə şəkilləri çəkilib.


Açar sözlər: ,  ,