15.02.2021

İsmayıllıda qazi ailələri növbəti dəfə ziyarət edilib

    İsmayılll rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, AHİ İsmayıllı komitəsinin sədri Hafiz Kərimov, Təhsil Şöbəsinin metodisti Əməkdar müəllim Şəfaqət Rəsulov ölkəmizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan qazilərimizin evlərində olub, onların səhhətilə maraqlanıb. Qazilər keçdikləri çətin döyüş yolundan danışıblar. Fərqli döyüş yolu, fərqli həyat hekayəsi olan bu insanları birləşdirən yüksək amal Vətən sevgisidir.

    Qazi ailələri cənab Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri dəstək və qayğı üçün minnətdar olduqlarını bildiriblər.

    Vətən müharibəsində yaralanmış qazilərimizin tez bir zamanda öz sağlamlıqlarına qovuşmaları üçün Rayon rəhbərliyi və digər qurumlar mütəmadi olaraq tədbirlər həyata keçirir.

    Rayon Təhsil Şöbəsi nümayəndələri də bildiriblər ki, hər zaman bu kateqoriyadan olan insanlara ,Vətənin cəsur övladlarına dəstək olmağa, onları narahat edən məsələləri operativ şəkildə həll etməyə borcludurlar.

    Təhsil Şöbəsinin müdiri Rövşən müəllim bildirib ki, gələcəkdə də bu cür görüşlər davam etdiriləcək, bacardıqları qayğı və dəstəyi onlardan əsirgəməyəcəklər.


Açar sözlər: