13.02.2021

Yol hərəkətinin təhlükəsizliyinə dair tədbir keçirilib.

    N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinndə yol hərəkəti qaydalarının şagirdlər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

    Tədbirdə İsmayıllı Yol Polisi İdarəsinin əməkdaşı Cəlal Hüseyinov məktəbin şagirdləri və pedaqoji kollektivi iştirak edib. Şagirdlərə yol hərəkəti qaydalarını bilməyin vacibliyini əks etdirən materiallar göstərilib.

    Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək idi.


Açar sözlər: ,