Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının 04 yanvar 1934- cü il tarixli Qərarına əsasən İsmayıllı Rayon Xalq Maarif Şöbəsi yaradılmışdır. Hal hazırda İsmayıllı şəhər, Nərimanov küçəsi 36 ünvanında yerləşən İsmayıllı rayonu Təhsil Şöbəsi kimi fəaliyyət göstərir.

İsmayıllı rayon Təhsil Şöbəsi tabeliyində 80 ümumi təhsil müəssisəsi və beş məktəbdənkənar müəssisə vardır.