Orucov  Rasim  Hacıbaba oğli

Müdir

 

03 may 1954-cü ildə  İsmayıllı rayonu Cülyan kəndində  ziyalı ailəsində  anadan olmuşdur.

1969-cu ildə Cülyan kənd 8-illik məktəbini bitərərək İsmayıllı şəhər 1 nömrəli orta  məktəbinin 9-cu sinfinə qəbul olunmuş və 1971-ci ildə oranı bitirmişdir.

1972-ci  ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakultəsinə daxil olmuş, 1976-cı ildə bitirmişdir.

1976-1981-ci illərdə İsmayıllı rayonu Quşencə kənd orta məktəbində ixtisası üzrə müəllim, 1981-2004-cü illərdə isəCülyan kənd orta məktəbində direktor vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirinin 26 fevral 2004-cü il tarixli 11/65 nömrəli əmrilə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il  tarixli 504 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına  layiq  görülmüşdür.

2014-cü ildə isə Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən “Qabaqcıl təhsil işçisi”  döş nişanına layiq görülmüşdür.

Evlidir.Üç övladı var.