Baxışov Rahim Rəsul oğlu

     Müavin

 

     18 aprel 1974-cü ildə İsmayıllı rayon Müdrü kəndində ziyalı ailəsində anadan olmuşdur.

     1991-ci ildə İsmayıllı şəhər 3 saylı məktəbi bitirmişdir. 1992-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-informatika fakultəsinə daxil olmuş, 1997-ci ildə oranı bitirmişdir.

     1997-ci ilin noyabr ayından İsmayıllı rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin olunmuşdur.

     1998-ci ilin aprelin 12-dən 1999-cu ilin 12 aprelinə kimi N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Təhsil Şöbəsinə işinə bərpa olunmuşdur.

     16 fevral 2004- cü ildə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

     9 dekabr 2009-cu ildə  Təhsil Şöbəsinin müdir müavini təyin edilib.

     Evlidir, iki övladı var.