05.09.2016

Masallıda “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyətə başlayıb

Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də açılış mərasimi keçirilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksində “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb.

Ətraflı
31.08.2016

Müəllimlər üçün əlavə yerləşdirmə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Ətraflı
11.07.2016

Təhsil naziri Qax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 19 iyul 2016-cı il tarixində saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək.

Ətraflı
29.06.2016

Buraxılış imtahanları

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 30 iyun 2016-cı il tarixdə İsmayıllı rayonunda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir

20.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib

İyunun 20-də təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.

Ətraflı
16.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayıb

İyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb.

Ətraflı
14.06.2016

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Ətraflı
14.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları 16-17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

Ətraflı
14.06.2016

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.

Ətraflı
09.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
03.06.2016

İsmayıllı şəhər N. Behdiyev adına 6 saylı tam orta məktəb zona birinciliyində qalib oldu

İyunun 1-də Fövqaladə Hallar Nazirliyinin (FHN) Qəbələ şəhərində yerləşən Şimal-Qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi.

02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı
01.06.2016

“Kənd məktəbindən dünyaya”

26 may 2016-cı il tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə Topçu kənd tam orta məktəbində "İKT imkanlarından səmərəli istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsi, tərbiyə prosesində multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi yolları” mövzusunda  beynəlxalq elmi-praktik konfrans  keçirildi.

27.05.2016

İsmayıllı şəhər 3 saylı məktəb-liseydə 28 may Respublika gününə həsr edilmiş tədbir keçirilmişdir.

İsmayıllı şəhər 3 saylı məktəb-liseydə tarix müəllimi Famil Əhmədzadənin rəhbərlik etdiyi VII b sinif şagirdləri 28 may- Respublika gününə həsr edilmiş " Mən fəxr edirəm ki, azərbaycanlıyam!" adlı ədəb-bədii kompozisiya təşkil edərək keçirmişlər. Tədbirdə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim Ramiz Baloğlanov, metodist Vəfa Ağayeva, məktəb rəhbərliyi, valideynlər və şagirdlər iştirak etmişdirlər.

Ətraflı
25.05.2016

Təmayül məktəblərin şəbəkəsi genişləndirilib

2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və  36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Ətraflı