27.05.2016

İsmayıllı şəhər 3 saylı məktəb-liseydə 28 may Respublika gününə həsr edilmiş tədbir keçirilmişdir.

İsmayıllı şəhər 3 saylı məktəb-liseydə tarix müəllimi Famil Əhmədzadənin rəhbərlik etdiyi VII b sinif şagirdləri 28 may- Respublika gününə həsr edilmiş " Mən fəxr edirəm ki, azərbaycanlıyam!" adlı ədəb-bədii kompozisiya təşkil edərək keçirmişlər. Tədbirdə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim Ramiz Baloğlanov, metodist Vəfa Ağayeva, məktəb rəhbərliyi, valideynlər və şagirdlər iştirak etmişdirlər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov müstəqilliyimizin tarixindən ətraflı məlumat vermiş, tədbirin milli mənəvi tərəfinə diqqət çəkmişdir. . Çıxış edən digər natiqlər müstəqilliyimizin tarixindən ətraflı bəhs etmişlər, müstəqilliyimizin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd etmişlər. Möhtərəm cənab Prezident İlham Əliyevin uğurla apardığı siyasətin nəticəsi olaraq Azərbaycanın inkişaf edən, çiçəklənən, müstəqil və suveren dövlət olduğuna diqqət çəkmişlər. Sonda şagirdlərin hazırladıqları kompozisiyalar maraqla izlənilmiş və alqışlarla qarşılanmışdır.


Açar sözlər: ,