18.05.2016

Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Mayın 17-də Təhsil Nazirliyində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil Naziri Mikayıl Cabbarov, dövlət və hökumət nümayəndələri, depudatlar iştirak etmişdir.  Mərasim dövlət himninin səslənməsi ilə başlanmışdır. Mərasimdə çıxış edən Təhsil Naziri Mikayıl Cabbarov çıxış edərək fənn olimpiadalrı və onların nəticələri haqqında məlumat vermişdir.

Fənn olimpiadasının Respublika mərhələsində  İsmayıllı rayon Şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Vaqiv Oqtay oğlu Talıbzadə coğrafiya fənnindən 1-ci yer tutaraq Qızıl medala layiq görülmüşdür. Qaliblər Təhsli Nazirliyinin mükafatlarına layiq görülmüşdür.

İsmayıllı rayonu təhsil ictimaiyyəti adından Vaqifi qazandığı uğur münasibəti ilə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq  


Açar sözlər: ,