17.05.2016

Aprelin 7- də 5, 6, 7 və 8-ci siniflər arasında   "ALPLogo-2016” proqramlaşdırma olimpiadası keçirilmişdir.

Aprelin 7- də 5, 6, 7 və 8-ci siniflər arasında   "ALPLogo-2016” proqramlaşdırma olimpiadası keçirilmişdir. Olimpiada şəhər 1 saylı məktəbdə yüksəksürətli internet və çoxsaylı kompyuter olan zalda  təşkil edilmişdir. Olimpiadaya rayonun ümumtəhsil məktəblərindən çoxsaylı şagird  axını olmuşdur. Olimpiadanın onlayn olması şəffaflığı tam təmin etmiş və şagirdlər İKT-dən istifadə etmə bacarıqlarını  nümayiş etdirmişlər.

Keçirilən olimpiadanın nəticələri məlum olmuşdur. Olimpiadada İsmayıllı rayonunun ümumtəhsil məktəblərindən 8 nəfər şagird  qalib olmuşdur:

Bilal Asvarov- I yer – Şəhər 1 saylı tam orta məktəb

Jalə Mustafayeva -II yer- Şəhər 1saylı tam orta məktəb

Ayxan Ağazadə- II yer- şəhər 3 saylı məktəb-lisey

Rəşad Babayev- II yer- şəhər 3 saylı məktəb-lisey

Lalə Əliyeva- II yer- Lahıc qəsəbə tam orta məktəb

Ləman Sadiqli- II yer- Hacıhətəmli kənd tam orta məktəb

Zöhrə Əliyeva- III yer- Lahıc qəsəbə tam orta məktəb

Vüsalə İsmayıllı- III yer – şəhər 1 saylı tam orta məktəb

Qaliblərinin mükafatlandırılması  mayın 22 saat 11:00-da Bakı şəhəri 283 saylı məktəbin akt zalında keçiriləcəkdir.

Qalibləri İsmayıllı rayon Təhsil Şöbəsi təbrik edir yeni-yeni uğurlar arzulayır.  


Açar sözlər: ,  ,