16.05.2016

İsmayıllı rayon Uşaq Yaradıcılıq Məzkəzində Multikulturalizm ilinə həsr olunmuş intellektual oyun üzrə 2016-cı ilin regional məktəb çempionatının rayon mərhələsi keçirildi. 

İsmayıllı rayon Uşaq Yaradıcılıq Məzkəzində Multikulturalizm ilinə həsr olunmuş intellektual oyun üzrə 2016-cı ilin regional məktəb çempionatının rayon mərhələsi keçirildi. Yarışmanın əsas məqsədi ən güclü məktəb komandalarını müəyyən etmək və onların gələcək inkişafına şərait yaratmaqdan, həmçinin məktəblilərin intellektual və yaradıcılıq səviyyəsinin yüksəldilməsinə nail olmaqdır. İntellektual yarışmada zona qalibi olmuş 12 məktəb komandası iştirak etdi. Gərgin mübarizə şəraitində keçən yarışmada Təzəkənd kənd tam orta məktəbinin komandası I yer, Diyallı kənd tam orta məktəbinin komandası II yer, Cülyan kənd tam orta məktəbinin komandası III yer tutdu. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. 


Açar sözlər: ,