04.07.2018

Növbəti Şura iclası keçirildi

İyulun 4-də İsmayıllı rayon Təhsil Şöbəsinin Tədbirlər Planına uyğun olaraq  növbəti Şura İclası keçirildi. Şurada ümumtəhsil məktəblərinin direktorları, Təhsil  Şöbəsinin əməkdaşları, məktəbdənkənar müəssisələrin rəhbərləri iştirak edirdi.

İclasda Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov bir sıra məsələləri və tapşırıqları məktb direktorlarının nəzərinə çatdırdı.

Təhsil Şöbəsinin müdiri Rasim Orucov iclasın gündəliyində duran məsələləri və cari məsələlər haqqında ətraflı məlumat verdi.

            Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 12-ci sayında göstərilən statistik məlumatları məktəb direktorlarının nəzərinə çatdırdı.

Şurad İclasında iki məsələ müzakirə edildi. “Rayonun Tircan, Hacıhətəmli, Diyallı, Kəlbənd kənd tam orta, Aşağı Zərnava kənd ümumi orta məktəblərində xarici dillərin tədrisi vəziyyəti”  mövusunda araşdırmasını təqdim edən Təhsil Şöbəsinin metodisti Sədəf Mikayılova ümumtəhsil məktəblərində xarici dillərin tədrisi vəziyyəti  haqqında ətraflı məlumat verdi. Xarici dillərin tədrisi zamanı qarşıya çıxan problemlər və onarın aradan qaldırılma yollarından bəhs etdi. Dövlət İmtahan Mərkəzinin keçirdiyi  XI siniflərdə buraxılış və Ali məktəblərə qəbul imtahanlarında xarici dillərin statistik göstəricilərinin təhlilini direktorların nəzərinə çatdırdı.

“Rayonun Topçu, Soltankənd, Yeniyol kənd tam orta, Bizlan, Aşağı Zərnava kənd ümumi orta və Maçaxı, Qıçatan kənd ibtidai məktəblərində ana dili və riyaziyyatın  tədrisi                    vəziyyəti” mövzusunda araşdırmasını təqdim edən Təhsil Şöbəsinin metodisti Xalid Allahverdiyev adları qeyd edilən məktəblərdə ibtidai siniflərdə ana dili və riyaziyyat fənlərinin tədrisi vəziyyəti haqqında ətraflı məlumat verdi. Məktəblərdə şagird nailiyyətinin artırılması istiqamətində görülmüş işlərdən bəhs etdi. Tədris prosesində İKT vasitələrindən, müasir təlim metodlarından istifadənin vziyyətini vurğuladı.

Hər iki arayışın qərar layihəsi Şura üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib.


Açar sözlər: ,