14.06.2018

İsmayıllının ümumtəhsil məktəblərində “Son Zəng” çalınıb

İyunun 14-də ölkənin hər yerində olduğu kimi İsmayıllı rayonun  ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. Tədbirlərdə İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, İsmayıllı Rayon  Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Təhsil Şöbəsinin əməkdaşları, 3 Saylı Maliyə Hesablaşma Mərkəzinin rəsi Elxan Cavadov, idarə və müəssisə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.

Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib. Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər. Həmçinin məktəblərdə dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və medallarla təltif olunublar.

“Son zəng” tədbiri məktəblərin daixilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

 


Açar sözlər: ,  ,