26.05.2017

"Azərbaycan Xalq Cümhuriyyəti 100"  adlı tədbir keçirilib

 

25 may tarixində İsmayıllı Uşaq Gənclər İnkişafı Mərkəzində İsmayıllı rayon Təhsil Şöbəsinin "Cümhuriyyət ili" ilə əlaqədar tədbirlər planına uyğun olaraq "Azərbaycan Xalq Cümhuriyyəti 100" adlı tədbiri keçirilib.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Təhsil Şöbəsinin əməkdaşları, məktəblilər və müəllimlər iştirak edib.

Tədbiri Giriş nitqi ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, ötən əsrin əvvəlində ziyalılarımız nümunəvi cəmiyyət yarada bildi, Müsəlman Şərqinin ilk demokratik respublikası məhz Azərbaycanda quruldu, qadınlara seçki hüququ verildi.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin tariximizə göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirib ki, bu tarixi həqiqətlər müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıb. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin dövlətçilik, müstəqillik ənənələrimizi yaşatmağımızdan, tariximizə verilən dəyərdən qaynaqlanır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətinə də sadiqliyini göstərir. Bu  gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. 

İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxışında tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması, onlarda tarixin salnaməsində iz qoyub getmiş, dövlətçilik ənənələrini formalaşdırmış Azərbaycan Xalq Cümhuriyyətinin dəyərinin çatdırılmasıdır. Həmçinin natiq vurğulayıb ki, Prezidentin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Sonda Uşaq və Gənclərin İnkişag Mərkəzinin dərnəklərində təhsil alan məktəblilərin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirilib, Cümhuriyyət tarixini əks etdirən videoçarx və film nümayiş olunub.


Açar sözlər: ,