21.05.2018

Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi

        21 may 2018-ci il tarixində Basqal qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Basqal qəsəbə tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Nəsimi Teymurov, İsmayıllı rayon Təhsil Şöbəsindən aparıcı məsləhətçi Ramiz Baloğlanov, metodist İlham Vahabov, məktəb rəhbərliyi, fənn müəllimləri, şagirdlər və qəsəbə sakinkləri iştirak edib.

        İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Novruz Əsədovun təqdim etdiyi məruzə müstəqilliyimizin yaranması və bərpa dövrlərini, hazırda Azərbaycanın sürətli və hərtərəfli inkişafını əks etdirib. Tədbir zamanı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, mahnı və şerlərdən ibarət kompozisiya nümayiş etdirilib. Kompozisiyada Cümhuriyyət tarixinin əsas anları, şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilib.

        Sonda qonaqlar və məktəbin direktoru çıxış edərək şagirdlərə öz təşəkkürlərini bildiriblər.

 


Açar sözlər: ,