17.05.2018

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Dillər Universiteinin bir qrup  müəllimi İsmayıllı rayonunda yerləşən Ağdam rayonu 30 saylı tam orta məktəbinə və  İvanovka kənd tam orta məktəbində səfər ediblər. Səfərdə  Dillər Universitetinin əməkdaşları Aida Yusifzadə, Kifayət Hacıyeva və Xəyalə Ağayeva iştirak ediblər. Əsas məqsəd Cümhuriyyətin 100 illiyinə həsr olunmuş maarifləndirici tədbir keçirmək olub. Universitetin əməkdaşları hər iki məktəbdə Azərbaycan Xalq Cümhuriyyətindən, Ümummilli lider Heydər Əliyevin müstəqilliyin bərpası fonundakı tarixi xidmətlərindən danışıblar.
             Tədbirin sonunda iş
tirakçıların Cümhuriyyətə aid suallarını ətraflı cavablandırlıb.

 


Açar sözlər: ,