24.05.2018

Bilik yarışı keçirilb

"Azərbaycan Xalq Cumhuriyyəti İli”nə həsr olunmuş intellektual oyun üzrə 2018-ci ilin regional məktəb çempionatı keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 14 may 2018-ci il tarixli və 350 nömrəli əmrinə əsasən may ayının 23-də İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş zona üzrə intellektual bilik yarışı keçirilib.  Yarış İsmayıllı Rayon Təhsil Şöbəsi və Təzəkənd kənd tam orta məktəbi tərəfindən təşkil edilib.

Tədbirdə İsmayıllı rayon Təhsil Şöbəsinin metodistləri Sədəf Mikayılova, Rəna Mirzəliyeva,  həmçinin Cülyan, Talıstan, Diyallı, Yeniyol, Qoşakənd, Zərnava və Təzəkənd kənd tam orta məktəblərinin müəllimləri öz komandaları ilə birlikdə iştirak ediblər.

Yarışın əvvəlində dövlət himni səsləndirilib. Ardınca İsmayıllı rayon Təhsil Şöbəsinin əməkdaşları Sədəf Mikayılova və Rəna Mirzəliyeva çıxış edərək tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib, oyunun şərtlərini  izah ediblər. Bildiriblib ki, bu cür yarışların keçirilməsi məktəblilərin Azərbaycanın şanlı tarixi haqqında daha ətraflı məlumatlandırılaması, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Yarışda ümumilikdə altı məktəbdən altı komanda mübarizə aparıb. Hər komandada altı iştirakçı olub. Yarış üç turda keçirilib. Hər turda cümhuriyyətin tarixi fəaliyyəti və ümumi fənn blokuna aid 12 sual səsləndirilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışda Diyallı kənd tam orta məktəbinin komandası digər  komandaları üstələyərək qalib olaraq övbəti turda mübarizə aparmaq üçün iştirak hüququ qazanıb.


Açar sözlər: ,  ,