25.05.2018

"Cümhuriyyət-100" adlı tədbir keçirilib 

Mayın 25-də Topçu kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi bədii konfrans keçirilib. Kofransada İsmayıllı Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Nəsimi Teymurov, İsmayıllı rayon Təhsil Şöbəsinin əməkdaşları, eyni zamanda Buynuz və Qurbanəfəndi kənd tam orta məktəbin müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Xavər Allahverdiyeva açaraq qonaqları salamlayıb. Bildirib ki, “Cümhuriyyət ili” ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilmişdir və elmi konfrans da məhz həmin tədbirlərin yekunu olaraq təşkil edilib.

Tədbirdə çıxış edən İsmayıllı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov tədbirin Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin bu gün müstəqil Azərbaycan Respublikasında dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edildiyini vurğulayıb. Həmçinin AXC dövrünün təhsil siyasəti ilə ümummilli lider Heydər Əliyevin təhsil siyasəti arasında tarixi varisliyi faktlarla diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər hakimiyyətə gəldiyi ilk illərdən AXC-nin ənənələrinə uyğun olaraq təhsil və elm siyasətini daha da genişləndirib və inkişaf etdirib. Bu gün həmin siyasət dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.

Çıxış edən digər tədbir iştirakçıları 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin cümhuriyyət tarixinin öyrənilməsi baxımından yüksək əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Tədbir məktəblilərin təqdimatında şeirlər və bədii kompozisiyaların nümayiş etdirilməsi ilə yekunlaşıb


Açar sözlər: ,  ,  ,