02.07.2018

Topçu kənd tam orta məktəbində Əlifba bayramı qeyd edilib

İsmayıllı rayon Topçu kənd tam orta məktəbində birinci siniflərin Əlifba bayramı şənliyi keçirilib.

Əlifba bayramı məktəb divarları arasında həyatda ilk kövrək addımlarını atmağı öyrənən körpələrin və onların müəllimlərinin hesabat bayramıdır. Bayram şənliyində I sinif şagirdlərinin valideynləri və kənd sakinləri də iştirak edib.

Tədbirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Birinci sinif şagirdləri dünyanın möcüzələrinin sirli-sehirli qapılarını onların üzünə açmış ilk kitab - Əlifba haqqında Azərbaycan və rus dillərində mahnı və şeirlər oxuyublar, səhnəciklər göstəriblər. Milli paltar geymiş qız və oğlanlar Əlifbaya, Azərbaycana, Vətənə həsr olunmuş şeirlər söyləyib, xalq rəqslərini ifa ediblər. Yuxarı sinif şagirdləri birinciləri şeir və mahnılarla təbrik ediblər.

Mərasimin sonunda Məktəbin direktoru Xavər Allahverdiyeva  şagirdləri, müəllimləri, valideynləri bayram münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Əlifba bayramı şənliyi birincilərin ifasında “Bayram” süitası ilə başa çatıb.


Açar sözlər: ,  ,