30.06.2018

"İki dövlət-bir məktəb" layihəsi uğurla davam etdirilir

Müxtəlif layihələr çərçivəsində dünyanın 100 dən çox ölkəsi ilə onlayn və birbaşa təcrübə mübadiləsinə qatılan İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində bu ənənə uğurla davam etdirilir. E-Twinnig layihəsi üzrə gerçəkləşən ən uğurlu layihələrdən biridə eyni dili danışıb ortaq mədəni dəyərləri paylaşdığımız qardaş Türkiyə ilə olan layihəmizdir. Məktəbimizin musiqi müəllimi Surə Mehdiyevanın 2013 -cü ildən başlatdığı Türkiyənin Uşak şəhərindən Hasibe ve Mazhar Gürbüz ibtidai məktəbi  ilə ortaq layihə , 2016-cı ildə "Toxumdan gələn qardaşlıq" adı ilə ilə Hasibe ve Mazhar Gürbüz ibtidai məktəbinin direktoru İsmayıl Gündüz ilə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov arasında imzalanmış "Qardaşlaşmış məktəblər" protokoluna çevrildi. Həmin protokol əsasında 2016-cı ilin noyabr ayında Hasibe ve Mazhar Gürbüz ibtidai məktəbin direktoru İsmayıl Gündüz olmaqla beş nəfərdən ibarət müəllim heyəti məktəbimizdə və rayonumuzda səfərdə oldular. Milli və mənəvi dəyərlərin, tarixin öyrənilməsi, qarşılıqlı şəkildə təhsil sahəsində təcrübə mübadiləsinin aparılması məqsədi daşıyan bu səfərdən sonra 2017 -ci ildə yenidən iki məktəb arasında "İki millət-bir məktəb" adlı yeni protokol imzalandı. İmzalanan protokol əsasinda İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbindən məktəbin direktoru Gündüz Qədirov, təlim-tərbiyə işləri üzrə direktor müavini Nurlan Baxşıyev, musiqi müəllimi Surə Meydiyeva, ingilis dili müəllimi Ruhiyyə Mahmudova 19-26 may tarixlərində Türkiyə Respublikasında səfərdə oldular. Səfər sırasında Türkiyənin İstanbul, Uşak, İzmir, Denizli şəhərləri gəzildi. Maddi -mədəni irsin öyrənilməsi məqsədilə İstanbulda Topqapı sarayı, Ayasofya və Sultan Ahmet camiləri, Bizans qala divarları,  Uşak şəhərində Xocalı şəhidlərinə ucaldılmış abidə,  Qədim Lidiya dövlətinə aid qalıqlar, Artemis məbədi ziyarət edilib və qonaqlara bu yerlər haqqında ətraflı məlumat verilibdir. Türkiyə təhsil siteminin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədi ilə Uşak şəhərində "Qardaşlaşmış məktəb"- Hasibe ve Mazhar Gürbüz, Malkoçoğlu ibtidai məktəbləri, Patika uşaq bağçası , Kanyon, Orhan Dengiz Anadolu liseyləri gəzilmiş, təhsil sistemi ilə yaxışndan tanışlıq olub və dərslərdə iştirak edilibdir. Həmçinin səfər əsnasında Uşak Universiteti ilə də tanışlıq olmuş və qonaqlar Hasibe ve Mazhar Gürbüz ibtidai məktəbinin Uşak Universitetinin akt zalında təşkil etdiyi Məktəb və Layihələrin bağlanış mərasimində iştirak edilibdir. Səfər zamanı qonaqlar Uşak şəhərinin  İcra Başçısı Salim Demirlə  görüşüb, layihə  və İsmayıllı rayonu haqqında ətraflı məlumat veriblər. Həmçinin Uşak şəhəri Təhsil Şöbəsinin  müdiri Bülent Şahin qonaqlarla görüşüb, Təhsil Şöbəsinin layihələr bölməsindəki "Erasmus+ və  eTwinning" bölməsi ilə tanışlıq olub.

Səfər sonunda qonaqlar Türkiyədən xoş təəssüratlarla qayıdıblar.


Açar sözlər: ,