25.04.2018

Təhsil Nazirliyi zona Psixoloji-tibbi-pedoqoji komisiyalarına təlim keçdi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  2018-ci ilin Fəaliyyət Planında nəzərdə tutulmuş Rayon Psixoloji-tibbi-pedoqoji komisiyaların işlərinin keyfiyyətinin artırılması məqsədi ilə 24 aprel 2018-ci il tarixində İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə təlim keçirilmişdir.

Təlim Azərbaycan Respublikası Təhsil Nazirliyi Xüsusi Təhsil Şöbəsi, De-insitutlaşma və uşaqların Müdafiəsi idarəsinin müdiri və Respublika psixoloji-tibbi-pedoqoji komissiyasının sədri Anar Xələfov tərəfindən təşkil olunmuşdur. Təşkil olunmuş təlimdə İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayon psixoloji-tibbi-pedoqoji komissiyaların üzvləri iştirak edib.

Qonaqları İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov salamlayaraq, təlimin gedişinə uğurlar arzuladı.

22 nəfər psixoloji-tibbi-pedoqoji komissiya üzvlərinin  iştirakı ilə gün ərzində  maarifləndirmə işləri aparıldı,  komissiyaların fəaliyyəti ilə bağlı məsələlər müzakirə olundu və iştirakçıları düşündürən suallar Anar Xələfov tərəfindən cavablandırıldı.

 


Açar sözlər: ,