13.03.2018

"Fizika gecəsi" keçirildi

Martın 13-ü İsmayıllı rayon Hacıhətəmli kənd tam orta məktəbində “Təhsildə keyfiyyət ili” çərçivəsində “Fizika gecəsi” keçirildi. Tədbirdə Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Əməkdar müəllim Şəfaqət Rəsulov, TİAHİRK sədri Hafiz Kərimov iştirak edirdilər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahin Kərimov “Təhsildə keyfiyyət ili” çərçivəsində görülən işlər haqqında ətraflı verdi. Tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlərin, bilik yarışlarının, test sorğularının məktəbin keyfiyyət göstəricilərini artıracağını qeyd etdi.

Məktəbin fizika müəllimi Mahir Əliyevin hazırladığı təqdimatlar  maraqla qarşılandı. Şagirdlərin fizika elminə olan marağını artırmaq üçün keçirilən bu cür tədbirlərin əhəmiyyəti bir daha gündəmə gətirilmiş oldu.

İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edərək “Təhsildə keyfiyyət ili” ilə əlaqədar ümumtəhsil məktəblərində keçiriləcək tədbirlərdən ətraflı bəhs etdi. Təlim keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərin əhəmiyyətini vurğuladı. İsmayıllı təhsilinin qazanılan uğurlardan və nailiyyətləri qeyd edərək qazanılan uğurların daha da artırılması üçün müəllimlərin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirdi.

Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Bu cür tədbirlərin şagirdlərin bilik və bacarıqlarının artırılmasındakı əhəmiyyətini qeyd etdi. Çıxış edən digər iştirakçılar tədbir haqqında xoş sözlərini söylədilər.

Sonda tədbirin təşkil edilməsində iştirak edən bir qrup şagird məktəb rəhbərliyinin Fəxri fərmanları ilə təltif edildilər.


Açar sözlər: ,