06.03.2018

Lahıc qəsəbə tam orta məktəbində seminar-müşavirə keçirildi

Martın 06-da İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbində İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Müasir İnformasiya və Kommunikasiya TexnologiyalarındanWeb2.0 alətlərindən təhsildə məqsədyönlü istifadə” mövzusunda seminar-müşavirə keçirildi. Müşavirədə ətraf məktəblərin direktorları, fənn müəllimləri və şagirdlər iştirak edirdilər.

Qonaqları salamlayan Lahıc qəsəbə tam orta mkətəbin direktoru Respublikanın Əməkdar müəllimi Hikmət Haqverdili məktəbin tarixi və nailiyyətləri haqqında ətraflı məlumat verdi. Qazanılan uğurlard, 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsinin, İKT vasitələrinin rolundan bəhs etdi. Son dövrlər aparılan uğurlu təhsil islahatlarının təlim keyfiyyətinin artırılmasında atılmış mühüm addımlardan birinin olacağını vurğuladı.

Əhən kənd ümumi orta məktəbin bilogiya müəllimi Səbinə Bağırova Web2.0 alətlərindən istifadə etməklə “Sağlam bədəndə sağlam ruh olar” mövzusunda hazırladığı təqdimat müəllim və şagirdlərin marağına səbəb oldu. Mövzu ətrafında aparılan diskusiyalar şagirdlərin sağlamlıq haqqında biliklərinin artması ilə yanaşı, sağlam yaşamağın sirlərini də öyrətmiş oldu. Mövzuya fikirlərini bildirən müəllimlər mövzunun aktuallığını qeyd etdilər və bu cür təqdimatların əhəmiyyətini vurğuladılar.

Təqdimatdan sonra şagirdlərin iştirakı ilə virtual bilik yarışı keçirildi. Yarışda ayrı-ayrı məktəblərdən altı komanda iştirak edirdi. Yarışda Əhən kənd ümumi orta məktəbin şagirdi I yer, Qaraqaya ümumi orta məktəbin şagirdi II yer, Lahıc qəsəbə tam orta məktəbin şagirdi III yer tutdu..

Yekun sözü deyən Metodik Kabinetin direktoru Şahin Gənciyev təhsil islahatlarından, təhsildə interaktiv təlim metodlarından, İKT vasitələrindən istifadə və s. məsələlərdən bəhs etdi. Keçirilən bu cür tədbirlərin  şagirdlərin bilik və bacarıqlarının artırılmasındakı əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyevin ölkə təhsilinə diqqət və qayğısından bəhs etdi, bu qayğıya nümunə kimi son dövrlərdə müəllimlərin əmək haqlarının artırılmasını, sosial təminatlarının yaxşılaşdırılması sahəsində aparılan işləri, yeni məktəb binalarının tikintisini və həmçinin hal-hazırda inşa edilməkdə olan Lahıc qəsəbə tam orta məktəbin yeni binasını nümunə göstərdi.

Sonda bilik yarışının qalibi olan komandaların üzvləri Təhsil Şöbəsinin Fəxri fərman və hədiyyələri ilə mükafatlandırıldı.    

 

 

 

 


Açar sözlər: ,  ,  ,