26.02.2018

İvanovka məktəbliləri Xocalı soyqırımı qurbanlarını anıblar

Xocalı soyqırımı İsmayıllı rayon H.Əliyev  adına İvanovka kənd tam orta məktəbində anılıb.

Anım mərasimi soyqırım qurbanlarının xatirəsinin yad edilməsi ilə başlandı. Məktəbin direktoru Radayeva Polina Nikolayevna Xocalı faciəsi və faciənin baş vermə səbəblərindən ətraflı bəhs etdi. Məktəbin tarix müəllimi Xocalı faciəsinin Azərbaycan tarixindəki yerindən, xalqımızın başına gətirilmiş müsibətlərdən geniş məlumat verdi. “Xocalıya ədalət” kompaniyası ilə Xocalı soyqırımının qurbanlarının qanının yerdə qalmayacağını vurğuladı.

Məktəbin şagirdlərinin hazırladığı  kompozisiyalar faciənin dəhşətini göstərməklə  iştirakçıların marağına səbəb oldu.

Sonda məktəbin həyətinə faciə qurbanlarının xatirəsinə ehtiram olaraq ağac və gül kolları əkildi.


Açar sözlər: