24.02.2018

"Xocalı- qan yaddaşımızdır" adlı ümumrayon tədbiri keçirild

Fevralın 23-də İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 26 fevral  Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə ümumrayon tədbiri təşkil edildi.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri  iştirak edirdi.

Tədbir Xocalıda dünyasını dəyişmiş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva Xocalı soyqırımından bəhs etdi.  Təhsil Şöbəsinin aparıcı məsləhətçisi,  şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Ramiz Baloğlanov çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi. Tarixən Azərbaycan xalqının başına gətirilmiş müsibət və bəlaları qeyd etdi. Ölkə rəhbərliyi və hökümət nümayəndələrinin Xocalı soyqırımının dünya dövlətləri arasında tanıdılması uğrunda apardığı işləri vurğuladı.

İsmayıllı rayon Uşaq və Gənclərin İnkişafı mərkəzinin dərnək üzvlərinin hazırladığı  kompozisiya nümayiş etdirildi. Kompozisiya  tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.  


Açar sözlər: ,