17.02.2018

"Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçirildi

Fevralın 17-si İsmayıllı rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirildi. Müsabiqədə ümumtəhsil məktəblərindən yüzdən artıq şagird iştirak edirdi.

Müsabiqəni giriş sözü ilə açan Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova müsabiqənin keçirilmə şərtləri və əhəmiyyətindən bəhs etdi.

Təhsil Şöbəsinin müdir müavini, təşkilat komissiyasının sədri Rahim Baxışov çıxış edərək müsabiqənin şagird şəxsiyyətinin formalaşmasındakı rolundan, bədii ədəbiyyata olan marağın artırılmasından və bu sahədə müəllimlərin üzərinə düşən vəzifələrdən bəhs etdi.

Çıxış edən digər iştirakçılar müsabiqənin keçirilməsinin vacibliyini qeyd etdilər. Şəhər 3 saylı məktəb liseyin şagirdlərinin ifasında müxtəlif şairlərin şerlərindən ibarət kompozisiya dinlənildi. Müsabiqə 3 saat müddətində davam etdi. Nəticələr yaxın gündə elan ediləcək.   


Açar sözlər: