15.11.2017

”Öyrədənik bir addım öndəyik“ layihəsi Lahıcda

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar" üzrə 1-ci qrant müsabiqəsinin fərdi kateqoriyada qalibi olan ”Öyrədənik bir addım öndəyik“ layihəsinin fəaliyyət planına uyğun olaraq təlimlərini uğurla davam etdirir.  

Noyabrın 15-i Lahıc qəsəbə tam orta məktəbində layihə çərçivəsində növbəti təlim keçirildi.  Layihənin  rəhbəri Surə Mehdiyeva ilk öncə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar" üzrə 1-ci qrant müsabiqəsinin fərdi kateqoriyada qalibi olan”Öyrədənik bir addım öndəyik“ layihəsinin əsas məqsədi haqqında ətraflı məlumat verdi. Təlimdə veb 2.0 alətlərinin dərs prosesində səmərəliyindən danışıldı, Etwinning layihəsinin imkanları izah olundu. Təlimdə  İsmayıllı şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi,  layihənin təlimçisi  Ruhiyə Mahmudova çıxış edərək öz təcrübəsini müəllimlərlə bölüşdü.

            Keçiriələn təlim müəllimlər tərəfindən böyük rəğbət və maraqla qarşılandı. Təlim zamanı müəllimlər öz təklif və rəylərini bildirdilər. Məktəbin direktoru  Əməkdar müəllim  Hikmət Haqverdili çıxış edərək Lahıc qəsəbə tam orta məktəbin uğurlarından, bəhs edərək məktəbin fizika-informatika müəllimi Əməkdar müəllim Rövşən Əliyevin də bu müsabiqənin qalibi olduğunu bildirdi. Bu cür layihələrin təhsilin inkişafına verəcəyi töhfələrdən ətraflı bəhs etdi.

Layihə çərçivəsində keçiriləcək növbəti təlim Sumağallı kənd tam orta məktəbinin müəlimləri üçün nəzərdə tutulub.

"Təhsildə inkişaf və innovasiyalar" üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir.

 


Açar sözlər: ,