13.11.2017

"Öyrədənik, bir addım öndəyik" layihəsi çərçivəsində təlimlər davam etdirilir

“Təhsildə İnkisaf və İnnovasiyalar” uzrə 1-ci qrant musabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər davam edir.

10-11 noyabr 2017-cil tarixlərində İsmayıllı şəhər 1 saylı tam orta məktəbində keçirilən təlimlərdə rayonun məktəblərindən olan müxtəlif ixtisaslı müəllimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Surə Mehdiyeva layihə haqqında geniş məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi rayonun kənd məktəblərində çalışan müəlllimlərin İKT bacarıqlarının artırılması,  yerli və beynəlxalaq layihələrlə işləmək sərişdələrinin formalaşdırlmasını təmin etməkdən ibarətdir.

Təlimdə eyni zamanda ağıllı lövhədə işləmək imkanlarından bəhs olunub. Tədbirə köməkçi müəllim qismində şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Ruhiyə Mahmudova, biologiya müəllimi  Leyla Babayeva, Azərbaycan dili müəllimi Həcər Abdurzaqova da dəvət ediliblər. Belə ki, adları çəkilən məllimlər öz təcrübələrini həmçinin təlimdə iştirak edən müəllimlərlə bölüşüblər. Layihənin eksperti Peşəkar Təlimçilər Akademiyasının təsisçisi, təlimçi/ekspert Ramil Süleymanov muəllimlərə məsafədən təhsil, beynəlxalq olimpiadalar movzusunda müəyyən tövsiyələr verib.

Layihə çərçivəsində növbəti təlimin Lahıc və Sumağallı kənd məktəblərinin müəlimləri üçün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə birinci qrant müsabiqəsAzərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir.

 

 


Açar sözlər: ,